"Qəbələ" "Neftçi" ilə matça 3 itki ilə çıxacaq

Azərbaycan Premyer Liqasının XVIII turunda “Neftçi”ni qəbul edəcək “Qəbələ” klubu 3 aparıcı oyunçusundan məhrumdur.

Newsport.az-ın məlumatına görə, cəza səbəbindən klubun 3 aparıcı oyunçusu meydançaya çıxmayacaq. Bunlar kapitan Cavid Hüseynov, vitse-kapitan Asif Məmmədov və gənc oyunçu Qismət Alıyevdir.

Cavid və Qismət “Zirə” ilə matçda məlum hadisələrdən sonra cəza almışdılarsa, Asif Məmmədov kapitan kimi çıxdığı “Səbail” ilə matçda sarı vərəqə limitini doldurub.

Qeyd edək ki, martın 4-də baş tutacaq "Qəbələ" - "Neftçi" görüşü saat 15:da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right