Azərbaycanda hakimi döyən futbolçuya 10 oyunluq cəza verildi

AFFA-nın İntizam Komitəsi bu gün keçirilən iclasında Region Liqasının “Şağan” – “Ümid Masallı” qarşılaşmasında yaşanan qalmaqalın səbəbkarları cəzalandırılıb.

Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, meydan sahiblərinin iki futbolçusu ağır cəzaya məruz qalıb.

Qarşılaşmanın 36-cı dəqiqəsində təhqiredici  ifadələr işlədən Talıb Cabbarov 3 oyun kənarlaşdırılıb. Həmin epizodda aqressiv davranışla, hakimə qarşı fiziki təzyiq göstərən Namiq Salayevin cəzası daha ağır olub. Hakimi döyən futbolçu 10 matçlıq diskvalifikasiyaya məruz qalıb.

İntizam Komitəsi “Şağan” klubuna daxili nizam-intizam qaydalarına riayət etmələri haqqında xəbərdarlıq edib. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubu daha ağır cəza gözləyir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right