"Kəpəz" "Səbail"lə matçın hazırlığına başladı

Azərbaycan Premyer Liqasının 18-ci turunda “Səbail”i qəbul edəcək “Kəpəz” dünənki bərpaedici prosedurun (sauna, baseyn, massaj) ardından bu gün məşqlərə start verib.

Newsport.az-ın məlumatına görə, komandanın ilk hazırlığı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol meydançasında olub. “Sarı-göylər” fevralın 28-i və martın 1-də Bakı Olimpiya Stadionunun yardımçı meydançasında məşq edəcək. Hazırlıq prosesləri saat 11:00-a təyin olunub.

“Kəpəz” oyun öncəsi son məşqinə martın 2-də Gəncə şəhər stadionunda cıxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right