Tahir Gözəl: "Dünyaya deyiləsi sözümüz var"

"Bu mövsüm Avropada yolumuz daha çətin olacaq. Lakin biz çətin işi bacararaq, hədəfimizə çatacağıq. Başqa yolumuz yoxdu. Çünki dünyaya deyiləsi sözümüz var".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl deyib.  

Klub rəsmisi Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar olaraq komanda üzvləri ilə görüş keçirib. 

O, beynəlxalq arenada uğurlar çıxış edəcəklərinə inam ifadə edib: "Bizim əsas işimiz daha çox işləməkdi. Futbolla yaşayıb-yaratmalıyıq. Qarabağlılar bizdən uğur gözləyirlər. Oradan 1 milyonadək qaçqınımız var. Çarəsiz, pərişandırlar. Klubumuz onların atası, anası, övladı, ümididi. Biz Qarabağdan əl çəkməməliyik. İnanıram ki, yenidən çətin mərhələləri keçərək, Avropada sözümüzü deyəcəyik. Bu yolda sizə uğurlar, şərəfli tarixi neçə-neçə il bundan sonra da qorumağı arzu edirəm". 

Tahir Gözəl bugünkü gündə "Qarabağ"ın roluna da diqqət çəkib: "Bu gün bəlkə də "Qarabağ" üçün Qarabağa məna verən ən önəmli gündü. Çünki istər-istəməz həyatın şirinlikləri bizi özümüzdən alıb götürür. Amma belə bir gün olanda insan ayağını torpağa basır. Deyirsən ki, ölüm haqdı. Şəhidləri yadına salırsan. İnsanlar artıq torpağın altındadı. Deyirsən ki, mən nə etməliyəm? Ölkəmiz, Qarabağ üçünb biz nə edə bilərik? Mən düşünürəm ki, ürəyimizi böyütməliyik, həyata dəqiq baxmalıyıq. Hər hərəkətimizdə məna olmalıdı. Məna yoxdursa, özümüzə sual verməliyik: Niyə yaşayıram?. Mən sizi əmin edirəm ki, səmanın göy rəngdə olması eşqin əlamətidi. Yer üzü insanlarla, çiçəklərlə təbəssüm edir. Çiçəklər yer üzündə təbəssüm yaradırlar. "Özünü tək görmə" deyirlər. Buna görə "Qarabağ" mənim həyatıma önəm qatır. Bu, hamımız üçün şərəfdir. Sizlərdən xahişim budu ki, bu şərəfi qoruyaq. Əlimizdən gələni edək, sonadək mübarizə aparaq". 

Vitse-prezident "Qarabağ"dakı ab-havadan danışaraq, dünyada belə bir klubun olmadığını vurğulayıb: "Qarabağ"ın bənzəri yoxdu. Belə mənəvi ab-hava heç yerdə olmaz".

Tahir Gözəl komandanın baş məşqçisi Qurban Qurbanova milli komandada uğurlar arzulayıb və kapitan Rəşad Sadıqova məsləhət verib: "Qurban müəllim məsuliyyətli işlərə başlayıb. Ona milli komandada uğurlar arzu edirəm. Sizlər də ona kömək etməlisiniz. Amma həm də bizimlə birlikdədi. Nə etdiksə, Rəşad Sadıqovdan özümüzü qurtara bilmədik (gülür). O, "Qarabağ"ın döyünən ürəyidi. Rəşad, sən hələ bizə lazımsan. 15 il işlə, sonra hara gedirsənsə, get". 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right