"Yunis Hüseynov ədalətsiz hərəkət etdi" - Şadon Vinçester

"Kəpəz"in hücumçusu Şadon Vinçester məşq zamanı komanda yoldaşı Samir Zərgərovla əlbəyaxa olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, Trinidad və tobaqolu futbolçu məlumatı təsdiqləyib. Bu səbəbdən Topaz Premyer Liqanın 17-ci turunun "Qarabağ" oyununda (0:1) adı iştirak ərizəsinə salınmayan forvard Yunis Hüseynovla münasibətlərinin soyuq olduğunu da gizlətməyib:

"Özümü yaxşı hiss etmirəm. Çünki klubla bağlı bir çox problem var. Xüsusilə də Yunis Hüseynov və Samir Zərgərov. Bu, mənə qarşı açıq-aşkar ayrı-seçkilikdir. Ədalətsiz və səhv hərəkət etdilər. Amma daha bu barədə danışmayacam. Çünki əlavə problem olmasını istəmirəm. Siz ən yaxşısı, baş məşqçi və futbolçudan soruşun. Qoy, onlar özləri hər şeyi danışsınlar".

Qeyd edək ki, Vinçesterin komandadan göndəriləcəyi gözlənilir.

Qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right