"Yayda "Qarabağ"dan gedə bilərəm" - Şeydayev təsdiqlədi

"Qarabağ"ın hücumçusu Ramil Şeydayev mövsümün sonunda komandadan göndəriləcəyi ilə bağlı saytımızda yer alan xəbərə münasibət bildirib.

Newsport.az-ın məlumatına görəgənc forvard çempionat başa çatdıqdan Ağdam klubundan ayrıla biləcəyini istisna etməyib:

"Sizdə bu məlumat hardandır? Mən "Qarabağ"da icarə əsasında çıxış edirəm. Mövsümün sonunda müqaviləm başa çatır. Bu isə o deməkdir ki, təbii olaraq, komandadan gedə bilərəm. Ancaq hələlik mənə bir söz deyilməyib".

Şeydayev təkliflərinin olduğunu da gizlətməyib: "Təkliflərim çoxdur. Bir neçə klubdan dəvət almışam. Amma hələlik ad açıqlaya bilmərəm".

Qeyd edək ki, "Qarabağ" ötən ilin yayında "Trabzonspor"dan icarəyə götürdüyü millimizin hücumçusu ilə yolları ayırmaq niyyətindədir. Buna səbəb gənc futbolçunun baş məşqçi Qurban Qurbanovun etimadını doğrultmayaraq əsas heyətə düşə bilməməsidir.

Qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right