U-16 Liqası: Fərrux İsmayılovun sevinci

Dünən U-16 Liqasında 19-cu turdan təxirə düşmüş «Qəbələ» - «Vətən» matçı keçirilib. Qəbələ şəhər stadionunda baş tutan oyunda qonaqlar 1:0 hesabı ilə qalib gəliblər. Yeganə qolu 1-ci hissədə Ramin Quliyevin ötürməsindən sonra Kamran Qürbətov vurub. Bu, «Qəbələ»nin cari birincilikdə ilk məğlubiyyəti olub. Qələbə sayəsində xal ehtiyatını 35-ə yüksəldən Fərrux İsmayılovun komandası «Neftçi» ilə 3-4 yürləri bölüşdürür.

U-16 Liqasında 22-ci turun oyunları martın 1-də keçiriləcək və bununla da 2-ci dövrəyə yekun vurulacaq. 3-cü dövrənin oyunları martın 8-də start götürəcək və çempionat bu dövrənin yekunlaşması ilə mayın 24-də başa çatacaq.

22-ci tur (1 mart): «Sumqayıt» - «Zirə», «Neftçi» İK İB – «Qəbələ», «Keşlə» - «Turan», «Neftçi» - «Kəpəz», «Vətən» - «Qarabağ».

Bombardir: Emil Quluzadə («Vətən») -14 qol

«Het-trik news»

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right