Şəhriyar Rəhimov: "Deyirlər əl ilə təmas var idi" Müsahibə

“Biz bilirdik ki, bu nəticə olacaq, çünki “Qarabağ”a qarşı tək biz yox, bütün komandalar müdafiədən oynayırlar. Məncə, pis oyun göstərmədik. Sona qədər dözdük, lakin 85-ci dəqiqədə buraxdığımız bir qol məğlubiyyətimizə səbəb oldu . Həmin qol da sırf “Qarabağ”ın təcrübəli davrandığı üçün vuruldu. Hamımız bilirik ki, onlar çempionatımızda bir nömrədirlər”.

Newsport.az xəbər verir ki, bu sözləri "Qarabağ" "Kəpəz" matçından sonra qonaqların futbolçusu Şəhriyar Rəhimov jurnalistlərin suallarını cavablandırarkən bildirib:

-Buraxılan qoldan sonra komanda yoldaşın ilə aranızda dialoq yaşandı. Nə baş verirdi orada?

-Düzdür, oyunda belə hallar yaşanır, ancaq tək bir oyunçunun üzərinə yıxmaq olmaz hər şeyi. Qol buraxılıbsa, demək hər kəsdə səhv olub.

-Hakimliklə bağlı nə deyə bilərsən? Oyunun idarəçiliyindən razı qaldınmı?

-Açığı, mən görmədim, lakin deyirlər əl ilə təmas var idi. Bunu da yalnız, təkrara baxdıqdan sonra müəyyənləşdirmək olar. Hakim də insandır səhvə edə bilər.  

-Ardıcıl üç oyundur məğlub olursunuz.

-Düzdür, məğlub oluruq. Fikrimcə, heç bir rəqibə asan təslim olmamışıq. Biz də istəyərik qalib gələk. Bunun üçün çox  çalışırıq. Deyəcəksiniz ki, əsas nəticədir. Haqlısınız,  ancaq kim istəməz ki, xal qazanmasın. Pis oynayaq, amma xal qazanaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right