Pərdis Fərcad-Azad: "Kubokda qələbə bizi gözləyir" Müsahibə

Azərbaycan Premyer Liqasının 17-ci turunda "Keşlə" doğma meydanın "Sumqayıt"a 1:2 hesabıyla məğlub olub.
 
Newsport.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin hücumçusu Pərdis Fərcad-Azad jurnalistlərə müsahibə verib.
 
- "Sumqayıt" layiqli qələbə qazandı. Çətin oyun idi. Rəqibimiz çox yaxşı oynadı.
 
- Ehtiram Şahverdiyev solo ifa edərək Rəşad Eyubova məhsuldar ötürmə verdi. İkinci qolun qarşısını almaq niyə mümkün olmadı?
- Bilmirəm. Son dəqiqələrdə qol buraxanda daha çox məyus olursan. Nə etmək olar? İrəli baxmalı və növbəti oyunları düşünməliyik.
 
- İkinci hissədə Andre Klennon da oyuna daxil oldu və hücum xəttində 2 forvardla mübarizə apardız. Amma yenə də irəli xətdə komanda dişsiz görünürdü...
- İkinci hissədə "Sumqayıt" təzyiqi artırırdı. Buna görə də iki hücumçuyla oynamağa qərar verdik. Biz sırf olaraq iki hücumçu ilə oynamadıq. Mən Klennonun arxasında çıxış edirdim.
 
- Fasilədən sonra 3 oyun keçirmisiz və bu matçlardan 4 xalla ayırlmısız. Bu nəticələri necə qiymətləndirirsən?
- Komandamızda hər şey yaxşıdır. Heyətimizdə yeni futbolçular var. Onlara vaxt lazımdır ki, adaptasiya olsunlar. İnanıram ki, bundan sonra daha yaxşı olacaq.
 
- İlk dəqiqələrdə penaltidən qol buraxmaq komandaya necə təsir göstərdi?
- İndividual səhvdi, hamı edə bilər. Qol buraxdıqdan sonra təzyiqi artırdıq və bərabərlik qolunu vurduq.
 
- Razılaşırsan ki, Ebrima Sohna “Keşlə”yə güc qata bilmir?
- Oyunda səhvlər oldu. Ebrima yaxşı futbolçudur, məşqlərdə çox çalışır. İnşallah faydası olar.
 
- “Sumqayıt”la ölkə kubokunun yarımfinalında da üz-üzə gələcəksiz…
- Bu oyunda uduzduq, ancaq kubokda mərhələni biz keçəcəyik. Mövsümün ən vacib görüşüdü. Düzdü, çempionat oyunları da vacibdi. Lakin kubokdakı oyun daha xüsusidir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right