Samir Abbasov: "Çempionatın adına yaraşmayan oyun izlədik"

Bu gün Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində "Keşlə" doğma meydanda "Sumqayıt"ı qəbul edib. (1-2)

Newsport.az xəbər verir ki, oyunu texniki zonadan izləyən "Sumqayıt"ın baş məşqçisi Samir Abbasov əməkdaşımızın suallarını cavablandırıb:

-Ümumi olaraq oyuna nəzər saldıqda, bu görüş bizim üçün heç də ürəkaçan deyildi.  Təbii ki, “Keşlə”nin adından danışa bilmərəm.  Düzdür, çalışdıq. Son 10-15 dəqiqəni daha baxımlı futbol sərgilədik və bunun bariz nümunəsi olaraq da qələbə qazandıq, lakin hər iki komandaya yaraşmayan, hətta deyərdim çempionatın adına yaraşmayan oyun izlədik bu gün.

-Sanki, qol vəziyyətləri yaratmaqda çətinlik çəkirdiniz.

-Bu, rəqibin həddindən artıq sıx oynaması ilə bağlı idi. Düzdür, fikirləşirdik ki, daha açıq futbol sərgiləyərlər, ancaq düşündüyümüz kimi olmadı. Qol vurmalarına baxmayaraq, ilk dəqiqələrdən müdafiəyə çəkilmişdilər. Həm bundan, həm də ki, özünüz də fikir verdinizsə, uzun zamandır oynamayan futbolçuları meydana buraxmışdıq.  Bəlkə də bu baxımdan irəli gələn hal idi.

-Qolu demək olar ki, rəqibə hədiyyə etdiniz. Sizə elə gəlmir ki, sizdə qapıçı problemi var?

-Ümumiyyətlə, o, haqda danışmaq istəmirəm.  Düzdür, səhvlər olur, bunu yaşlısı da edir, cavanıda. Əsas odur ki, bütün bu səhvlərə baxmayaraq, qələbə ilə geri dönürük.

-Bu gün həyəcanlı görünürdünüz. Bunun “Neftçi”nin xal itirməsi ilə hər hansı bir əlaqəsi varmı?

 Xeyr,  onunla heç bir əlaqəsi yoxdur.

-Amil Yunanovun ehtiyatda qalması surpriz oldu

-Qarşıda bizi çətin oyunlar gözlədiyini nəzərə alsaq, bu gün Amilə istirahət vermək qərarına gəlmişdik.

-Oyunu  texniki zonadan izləmək nə dərəcədə çətin idi?

-Çox çətin idi. Özümü güclə saxlamışdım. Buradan insanların arasından futbolçulara məsləhətlər vermək mümkün deyildi. Qışqırsan belə səsin gedib çatmır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right