"Onu baş məşqçi daha yaxşı izah edər" "Sumqayıt"ın baş məşqçisi

TAzərbaycan Premyer Liqasında XVII turun “Keşlə” – “Sumqayıt” (1:2) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın məşqçisi Seymur Rəhimov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi:

- Fikirlərim müsbətdi. Nəticə bizi qane etdi. Uşaqlar dediklərimizi yerinə yetirdi. İlk hissədə özünəinam itmişdi. Amma soyunub-geyinmə otağındakı sözhətimizdən sonra dediklərimizi tam yerinə yetirdilər.

- Heyətdə dəyişikliklər çox idi. Amil Yunanov da oynamırdı. Bunların səbəbi nə idi?
- Heç bir səbəb yoxdu. Rəşad Eyubovda bir qədər ağrı var idi. Ona görə meydana çıxmamışdı. Təkcə Azərin zədəsi var. Bu, taktiki gediş idi. Əvəzetmələr də nəticəyə müsbət təsir etdi.

- Belə başa düşdük ki, yarımfinal öncəsi kartlarınızı açmaq istəmirdiz...
- Onu baş məşqçi daha yaxşı izah edər. Bu gün nə demişdiksə, uşaqlar hər şeyi yerinə yetirdi. Ülvi İskəndərov da yaxşı oynadı. Bu, kart da ola bilər, başqa şey də. Nəticə və oyundan razıyıq.

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right