Yuri Maksimov: "Reallıq bundan ibarətdi ki, “Sumqayıt” bizdən güclüdü"

Azərbaycan Premyer Liqasında XVII turun “Keşlə” – “Sumqayıt” (1:2) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Yuri Maksimov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi:

- Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq. Əvəzetmələrdən gənc futboluları meydana buraxdıq. Amma onlar hazır deyildilər. “Sumqayıt” bu gün güclü idi. Bəzi futbolçularımız 90 dəqiqə oynamağa hazır deyildilər. Səhvlərimiz oldu. Amma komanda mübarizə apardı.

- Kubokda da “Sumqayıt”la qarşılaşacaqsız. Bugünkü oyuna həmin matçı da nəzərə alaraqmı baxırdız?
- Biz rəqibi analiz edib, öyrənirdik. Çalışırdıq, səhv etməyək. Reallıq bundan ibarətdi ki, “Sumqayıt” bizdən güclüdü.

- Komandanız hansı komponentlərdə rəqibə uduzdu?
- Bəzi futbolçuların bəziləri qızdırmalı idi. Buna görə çətin oldu. Slavik, Məqsəd, Pərdisdə belə problem var idi. Onlar komandaya kömək etmək istəyirdilər. Hardasa alındı. Bəzi gəncləri meydana buraxdıq. Onların ustalıq səviyyəsinin aşağı olması sözünü dedi. Biz gördük ki, hələ belə vacib oyunlara hazır deyillər. Xüsusilə vəzləmələr problem yaratdı.

- Gördüklərimizə əsasən deyə bilərik ki, Ebrima Sohna bura gələnə qədər sanki futbolla yox, başqa idman növü ilə məşğul olub...
- Oyunçuların bir çoxu 4 aylıq gəlmək istəmədi. Hər halda, Sohna top qəbul edib, ötürmə edə bilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right