Pike yenə zədələndi

İspaniya La Liqasının 25-ci turunda “Jirona”nı 6:1 hesabı ilə məğlub edən “Barselona” ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, kataloniyalıların müdafiəçisi Jerar Pike zədələnib. Dizindən xəsarət alan təcrübəli futbolçu 64-cü dəqiqədə Tomas Vermalenlə əvəzlənib. Onun nə vaxt sıraya qayıdacağı hələlik açıqlanmır.

Qeyd edək ki, Pike 22-ci turun “Espanyol”la oyununda da zədə almışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right