"Sumqayıt" "Keşlə"yə, "Qarabağ" "Kəpəz"ə qalib gəldi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqada 17-ci tura yekun vurulacaq.

Newsport.az-ın məlumatına görə, ikinci oyun günündə daha iki matç keçiriləcək. 

"Keşlə" öz meydanında "Sumqayıt"ı qəbul edəcək. Hər iki komanda son turu qələbə ilə başa vurub. Ötən tur Gəncədən qələbə ilə dönən paytaxt klubu uğurlu çıxışını davam etdirməyə çalışacaq. "Sumqayıt" isə qalib gəlməklə dördüncü pillədəki mövqeyini bir qədər də gücləndirə bilər.

Turun son oyununda "Qarabağ" "Kəpəz"i qəbul edəcək. Matçın aşkar favoriti Ağdam klubudur. "Qəbələ"nin "Səbail"ə uduzması səbəbindən Qurban Qurbanovun komandası "Kəpəz"i məğlub etməklə çempionluq yolunda vacib addım ata bilər. Çünki "Qarabağ" bu gün qələbə qazansa, sona 11 tur qalmış ən yaxın izləyicisini 9 xal qabaqlayacaq.

 

25 fevral

Azərbaycan Premyer Liqası, 17-ci  tur

15:00. "Keşlə" - "Sumqayıt" 1-2

Qollar: Rail Məlikov, 12 (avtoqol) Tural Axundov, 3 (pen.) Rəşad Eyyubov 90,

Baş hakim: Rəhim Həsənov
"İnter Arena"

18:00. "Qarabağ" - "Kəpəz" 1-0

Qollar: Riçard Almeyda 86,
Baş hakim: Orxan Məmmədov
"Azərsun Arena"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right