İqnasio Herrera:"Bu haqda açıqlama vermək məcburiyyətində deyiləm" Müsahibə

Azərbaycan Premyer Liqasında XVII tura start verilib 

Newsport.az xəbər verir ki, tur çərçivəsində "Zirə"ni qəbul edən "Neftçi" sülh bayrağını qaldırmağa məcbur olub. Oyundan sonra "Neftçi"nin futbolçusu Iqnasio Herrera jurnalistlərin suallarını cavablandırıb. 

- Baş məşqçi komandanı tənqid edirdi. Nə deyirdi ? 

- İlk olaraq demək istəyirəm ki, bu komanda daxili söhbət idi. Bu haqda açıqlama vermək məcburiyyətində deyiləm. Oyun haqda danışsaq , biz sona qədər çalışdıq, qol da vurduq, amma alınmadı. 
 

- Vurduğu zərbə zamanı qapıçının diqqətini itirdiyini hiss eləmişdiniz. Bundan yararlandınız, yoxsa təsadüf oldu? 

- Xeyir, qapıçının diqqətini itirdiyini görmədim, zərbə vurmağa hazır idim və vurdum qol oldu. Çalışıram ki həmişə komandaya xeyir gətirim. Rəqib də zəif deyil. Baxmayaraq ki, bu gün xal itirdik. Amma yenə də qələbə haqqında düşünəcəyik. 
 

- Sergio və Barqasla bir vaxtda gəlmişdiniz, amma onlar etimadı doğrultmadılar və getdilər. Yeni futbolçular haqqında nə deyə bilərsiz? 

- Hər bir yeni futbolçu Azərbaycana gələndə adaöptasiya olmalıdır. yeni gələnlər də artıq 3 həftədir ki burdadılar. Və çalışırlar ki komandaya uyğunşlasınlar. Biz də o dövrü keçmişik. Yeni transferlərdən çox şey gözləyirəm. 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right