Evans Uiliyams: "Zirə"də özümü yaxşı göstərəcəyimə inanırdım" Müsahibə

Azərbaycan Premyer Liqasında XVII tura start verilib 

Newsport.az saytının məlumatına görə, tur çərçivəsində "Zirə"ni qəbul edən "Neftçi" sülh bayrağını qaldırmağa məcbur olub. Oyundan sonra "Zirə"nin futbolçusu Evans Uilyams jurnalistlərin suallarını cavablandırıb. 
 

- Oyun haqqında fikirlərinizi bilmək istərdik. 

-Açığı, hır iki komanda yaxşı başladı. Mənimçün həyəcanlı oldu. Ümumiyyətlə, yaxşı oyun keçdi 

-Bu gün qol hesabını açdın Premyer liqada... 

- Bəli, bu hər bir futbolçunun karyerasında arzuladığı şeydi. Eyni şeyi təkrar etməyə çalışacam. 

- Azərbaycandakı hədəfləri nələrdir?

- Menecerimin köməkliyi ilə bura gəldim. "Zirə"də özümü yaxşı göstərəcəyimə inanırdım. Çalışıram ki, uğurları daha artıraq. 

- Yəqin ki Azərbaycana gəlməzdən qabaq bu ölkəni araşdırmısan. Gəlməzdən qabaqkı araşdırdıqlarınla gördüklərin arasında fərq varmı? 

Kəskin bir fərq yoxdu. 

- Vinçestrla eyni yerdən gəlmisiniz, amma o "Kəpəz"dədi. Lakin özünü doğrulda bilmir. Bu haqda nə deyə bilərsiz? 

-Bu daha çox adaptasiya ilə bağlıdır. Düşünürəm ki gələcəkdə daha yaxşı olacaq. 

- İkinci hissədən sonra daha çox müdafiə xarakterli oyun keçdi. Bu hesabı qorumaq məqsədli idi ? 

- Bu məşqçinin qərar idi. Biz isə bura xal götürməyə gəlmişdik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right