Fəhmin Muradbəyli:"Neftçi" hər zaman ürəyimdə qalacaq" Müsahibə

Azərbaycan Premyer Liqasının 17-ci turunda "Səbail" evdə "Qəbələ"yə 2:1 hesabıyla qalib gəlib.

Newsport.az xəbər verir ki, oyundan sonra "Səbail"in ikinci qolunu vuran Fəhmin Muradbəyli jurnalistlərə müsahibə verib:

- Çətin olacağını gözləyirdik. Baş məşqçimiz də rəqibi gözəl analiz etmişdi. Hər iki komandanın qol şansları oldu. Hər iki komandaya bu oyuna təbrik edirəm. Ötən oyunda da “Qarabağ”a qarşı oynamışdıq. Başa-baş çıxış etmişdik. Debütant olduğumuzu meydanda göstərmirik. Çox sevindirici haldı.
 
- “Səbail”in tarixinin ən vacib qələbəsi kimi demək olar?
- Fikirləşirəm ki, ən vacib qələbə idi. İlk dəfə “Qəbələ”ni məğlub etdik. Bizə xallar lazım idi. Qarşıdakı rəqiblərə çatmaq üçün lazım idi. “Neftçi”dən aralanmışdıq. Düzdür, “Neftçi” mənim komandamdır və bu klubun yetirməsiyəm. “Neftçi” hər zaman ürəyimdə olacaq. “Səbail”də icarə əsasında top qovuram. Burada həm də “Neftçi”nin adını ucaldıram. İnşallah, burda və “Neftçi”də məşqçilərin etimadını qazanmaq istəyirəm. “Səbail”də hər oyun meydana çıxıb 90 dəqiqə oynamaq istəyirəm. Əsas məqsəd budur. İnşallah əlimdən gələni edərək ölkəmizin əsas yığmasına dəvət almaq istəyirəm.
 
- Ümid edirsən ki, “Neftçi”yə qayıdacaqsan?
- Müqavilə ilə “Neftçi”nin futbolçusuyam. Rəhbərliklə söhbətimiz olacaq. Elə yaşımdır ki, hər matç oynamalıyam. Belə bir şey olmayacaqsa, sırf oynamaq üçün danışacam. “Neftçi” ilə heç bir qərəzim yoxdur. İcarə əsasında yenə də 1 il və ya 6 ay oynayaram. Mütəmadi oynamaq lazımdır. Ehtiyatda nə qədər oynamaq olar? Cavan futbolçuyuq. İndidən ehtiyatda otursan, gələcəkdə heç nə edə bilməyəcəksən.
 
- Daha əvvəl cinah müdafiəçisi və yarımmüdafiçisi kimi oynayırdın. “Səbail”də isə hücumameyilli oynayırsan. Düşünmürsən ki, uğurlu çıxışında bu rol oynayır?
- 14-15 yaşımda hücumçu kimi oynamışam. Aşağı millilərdə cinah yarımmüdafiəçisi kimi çıxış etmişəm və yaxşı alınmışdı. Daha çox məndən cinah yarımmüdafiəçisi kimi yararlanıblar. Müdafiənin cinahında da top qovmuşam. Komandam üçün razıyam ki, mərkəz müdafiçisi kimi də çıxış edim. Sağ cinah müdafiəçisi olmaq mənə çox çətindir. Buna kənardan baxanda da hiss olunur. Özüm də hiss edirəm ki, çətindir. Heç vaxt müdafiəçi olmamışam. Rəqib üzərimə topla gələndə çaşıram. Bilmək olmaz, kim bilir, gələcəkdə sağ cinah müdafiəçisi kimi çıxış etdim. Çox çalışmaq lazımdır.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right