Fariz Nəcəfov: "Mübarizə davam edir" Müsahibə

Bu gün Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində "Səbail" doğma meydanda "Qəbələ"ni qonaq edib. (2-1)

Newsport.az xəbər verir ki, oyunsonrası, stadiona ezam olunmuş əməkdaşımızın suallarını cavablandıran "Qəbələ"nin fitse prezidenti Fariz Nəcəfov bunları bildirib:

-Məhz “Qarabağ”la oyundan sonra Cavid Hüseynov belə bir fikir bildirmişdi ki, komanda ürəklə oynamadığı üçün xal qazana bilmədi. Bəs bu görüşdə necə?

-Yox, uşaqlar bu gün istəkli idilər.  Düzdür, bir az arxayınlıq hissi var idi. Bunun nəticəsi olaraq da məğlub olduq.

-Ümumiyyətlə, bu nəticəni gözləyirdinizmi?

-Yox, gözləmirdik. Rəqib bu görüşə çox yaxşı hazırlaşmışdı və gözəl oyun sərgilədilər. Onları təbrik edirəm.

-Artıq, “Qarabağ” zirvədə təkdir. Çempionun məlum olduğunu deyə bilərikmi?

-Mən həmişə demişəm. Biz, axıra qədər mübarizə aparacağıq.  Nəticənin necə olmasından asılı olmayaraq. Mübarizə davam edir. İrəlidə çox oyunlar var.

-Çempionluq uğrunda mübarizədə geri düşdünüz.  yəqin ki əsas gücü Kuboka yönəldəcəksiniz?

-Xeyr, hər ikisində də sona qədər mübarizəmizi aparacağıq. İndidən heç nəyin taleyini həll etmək olmaz.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right