Samir Əliyev: "Qələbə qazandığımıza görə öyünməməliyik"

“Qəbələ” kimi komandaya qalib gəldik və sevinirik. 3 xal qazansaq da, meydanda səviyyə fərqi hiss olunurdu”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Samir Əliyev deyib.

Bayıl təmsilçisi Azərbaycan Premyer Liqasının XVII turunda öz meydanında “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Bu oyunu unutmalıyıq. Qarşıda “Kəpəz”lə çətin oyunumuz var, həmin matça hazırlaşmalıyıq”.

- “Səbail” qış fasiləsindən sonra yaxşı oyun sərgiləyir. Belə oyunu çempionatın sonuna qədər davam etdirmək mümkün olacaq?

- Biz istəyirik ki, get-gedə yaxşı oynayaq. Futbolçular oyuna yaxşı hazırlaşırlar. Hər futbolçu özünü göstərmək üçün meydana çıxır. Oyunumuzda nə dərəcədə artıq olduğunu qarşıdakı matlarda görəcəyik. Yenə deyirəm, qalib gəlməyimizlə öyünməməliyik. Səhvlərimiz var, onları analiz edəcəyik.

- Dediniz komandanın səhvləri var idi. Komandanın yaxşı səviyyəyə çatması üçün nə qədər vaxt lazımdı?

- Bunun üçün əsas olan əlimdə yaxşı “material” olmasıdı. Elə oyunçu var ki, adını çəkməyəcəm, son oyunlarda eyni səhvləri buraxır. Nə qədər deyirəm, yenə düzəltmir. Bizdə elə oyunçular var ki, məsələn Fəhmin Muradbəyli “Neftçi”də ehtyatda qalırdı, ancaq bizdə son 3 oyunda 2 qol vurub. Rahil Məmmədov küçədə qalmışdı, ancaq bizdə yaxşı oyun sərgiləyir.

- Bəhs etdiyimiz səhv edən futbolçu növbəti oyunlarda şans qazanacaq?

- Təbii ki, yox.

- Bu gürcü legioner Nikoloz Apakidzedi?

- Bəli. Meydanda mübarizə aparır, ancaq səhvləri var.

- Kərim Diniyev bu gün niyə oynamırdı?

- Onunz zədəsi var. Həm də onu “Kəpəz”lə oyun üçün qoruyuruq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right