Roman Qriqorçuk: "Futbolçularımı günahlandıra bilmərəm"

“Məğlub olduğumuza görə məyusuq”. Newsport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

“Qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə “Səbail”ə məğlub olub.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Əlbəttə, uduzacağımızı gözləmirdim. Gözləmədiyimiz qollar buraxdıq və məğlub olduq”.

- Məğlubiyyətdə komandanın rəqibi dəyərləndirməməsi nə dərəcədə rol oynadı?

- Bu gün pis oynamadıq. Sadəcə, əldə etdiyimiz qol imkanlarından yararlana bilmədik. Hətta deyərdim ki, bu oyunda qalib gəldiyimiz bəzi oyunlardan daha çox qol fürsəti əldə etdik. Buna görə, futbolçularımı günahlandıra bilmərəm.

- Bu gün oyuna istkilərlə çıxmışdınız. Bunun nəticəyə təsiri oldu?

- Bunu demək olmaz. İstənilən halda, biz bir-iki oyunçudan ibarət deyilik.

- “Qəbələ” həmişə Monroz-Dabo-Kone “üçlüy”ü ilə meydana çıxır. Bu gün Kone ehtiyatda idi. Bunun səbəbi nə idi?

- Deməzdim ki, bu, adət halı olub. Keçən oyunlarda Konesiz oynamışıq. İstəyərik ki, bütün hücumçularımız oynasın. Ancaq imit buna imkan vermir.

- “Qarabağ” sabah qalib gəlsə, xal fərqiniz 9-a yüksələcək. Sizcə, bu xal fərqini çempionatn sonuna qədər aradan qaldıra biləcək?

- Bizim üçün xal fərqinin önəmi yoxdu. “Qarabağ” bu gün üçün çox güclü komandadı. Bu o demək deyil ki, biz təslim oluruq. Sadəcə, etiraf etmək lazımdı ki, “Qarabağ” bu dəqiqə çempionatın ən güclüsüdü.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right