Banişevskinin xatirə turniri keçirildi

Anatoli Banişevskinin 72-ci ildönümünə həsr olunmuş turnir keçirilib.  

Newsport.az-ın məlumatına görə, AFFA-nın, MOK-un, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə həvəskar komandalar arasında keçirilmiş turnirin final oyununda “Ələt” və “Qobustan” komandaları qarşılaşıb. Oyun “Ələt”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Ələt”dən Şamxal Məlikov turnirin ən məhsuldar oyunçusu olub.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Qalib komandaya kubok, xatirə medalları və diplomlar təqdim olunub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right