I DİVİZİON: Liderə ilk məğlubiyyəti "Şüvəlan" yaşatdı

I Divizionda 15-ci tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, bu gün 3 qarşılşama baş tutub.

"Qaradağ Lökbatan" öz meydanında "Şüvəlan"ı qəbul edib. Qarşılşma qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb. Bu lökbatanlıların mövsümdə ilk məğlubiyyəti olub.

Digər oyunlarda isə MOİK "Ağsu"ya qalib gəlib, "Sabah"la "Turan Tovuz" isə heç-heçəyə razılaşıblar.
 

"Qaradağ Lökbatan" - "Şüvəlan" 1:2

Qollar: Elvin Adışırinli, 7 - Orxan Səfiyaroğlu, 61, Natiq Kərimi, 70 (ö.q.)

Qırmızı vərəqə: Mirkamil Həşimli, 90+4

 

"Sabah" - "Turan Tovuz" 2:2

Qollar: Məhəmməd Qurbanov, 25, Raul Yaqubzadə, 68 - İlqar Hüseynov, 62, Seymur Tağıyev, 86

 

MOİK - "Ağsu" 2:0

Qollar: Kamil Nurəhmədov, 20, Bəhruz Teymurov, 23





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right