Anatoli Banişevskinin məzarı ziyarət edildi

Bu gün "Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin doğum günündən 72 il ötür.

Newsport.az saytının məlumatına görə, Bu münasibətlə "Neftçi” PFK-nın prezidenti Kamran Quliyev, Müşahidə Şurasının sədri Çingiz Abdullayev, şura üzvləri – Səməd Qurbanov və Mehdi Nəcəfov, idman direktoru Ceyhun Sultanov, baş məşqçi Tərlan Əhmədov, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev, veteran futbolçular və futbol ictimaiyyətinin digər tanınmış simaları Anatoli Banişevskinin qəbrini ziyarət ediblər. 

Ziyarətçilər əfsanəvi futbolçu haqda xatirələrini bölüşüb, məzar önünə gül qoyublar.

Allah rəhmət eləsin!

Görüntünün olası içeriği: 1 kişi, ayakta, ağaç ve açık hava

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right