"Neftçi" - "Zirə" matçı 1 manata

“Neftçi” – “Zirə” oyununun biletləri sabah satışa çıxarılacaq

Newsport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində keçiriləcək “Neftçi” – “Zirə” oyununun biletləri fevralın 24-də satışa çıxarılacaq.

Qiymət VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir. Biletləri “Bakcell Arena”nın kassalarından və stadionun ərazisindəki rəsmi fan-şopdan əldə etmək mümkündür.

Qeyd edək ki, fevralın 24-də “Bakcell Arena”da keçiriləcək oyun saat 18:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right