“Keşlə”də mükafat sistemi bərpa olunur

Cahangir Hacıyevin məlum duruma düşməsindən sonra “İnter”in keçdiyi yol hər kəsə bəllidir. Transfer qadağasına belə məruz qalan klub daha sonra adını dəyişib “Keşlə” oldu.

Newsport.az saytının məlumatına görə, hazırda “Keşlə”nin maliyyə baxımından sıxıntısı yoxdur. Futbolçular maaşlarını vaxtında alırlar.

Bizdə olan son məlumata görə, Zaur Axundov klubda mükafat sistemini də bərpa edəcək. Hətta oyunçulara “Kəpəz” üzərindəki səfər qələbəsinə görə mükafat da veriləcək.

futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right