“Qarabağ”dan qaçan futbolçu yenidən Azərbaycan çempionatında

I Divizionun iddialı klubu “Sabah” yeni oyunçu transfer edib. Söhbət müdafiəçi Elgün Uluxanovdan gedir.

Newsport.az-ın məlumatına görə, vaxtilə perspektivinə böyük ümidlər bəslənilən müdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Əslində, Elgünün Azərbaycan çempionatında oynamaq istəyi yox idi. Təsadüfi deyil ki, Elgün “Qarabağ”ı heç kimə xəbər etmədən tərk etmişdi. Belə demək mümkünsə, “Qarabağ”ın düşərgəsindən qaşmışdı. Daha sonra Belarusun “Neman” klubunda baxışda olsa da, bəyənilməyən Uluxanov yenidən Azərbaycana qayıdıb.

Onun “Sabah”a qoşulduğunu əməkdaşımızla söhbətində baş məşqçi Arif Əsədov da təsdiqləyib.

Qeyd edək ki, Uluxanov "Qarabağ"ın əsas komandasının heyətində 1 oyun keçirib.  

Futbol11.az 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right