"Zirə"nin iki futbolçusu zədəsini sağaltdı

Azərbaycan Premyer Liqasının XVII turunda "Neftçi"ylə səfərdə qarşılaşacaq "Zirə"nin iki futbolçususundan gələn xəbər qəsəbəliləri sevindirib.

Newsport.az-ın məlumatına görə, qapıçı Anar Nəzirov və müdafiəçi Jozef Bum kollektivlə məşqlərə qoşulub. Oyun praktikasından əziyyət çəkən hər iki futbolçunun adı "Neftçi" ilə oyunun iştirak ərizəsinə salınacaq.

"Qəbələ" ilə oyundakı insidentə görə AFFA tərəfindən 2 oyunluq cəzalanan Riçard Qadze və Sadio Tounkara ilə yanaşı, sarı vərəqə limitini dolduran Milan Duriç də matçı buraxacaq. Baş məşqçi Ayxan Abbasov da Qəbələdəki stadionun dəhlizində nalayiq ifadələr işlətdiyinə görə 3-ü şərti olmaqla 5 matçlıq diskvalifikasiya edilib.

Qeyd edək ki, fevralın 24-də keçiriləcək "Neftçi" - "Zirə" görüşü 18:00-da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right