"Media turniri-2"nin püşkü atıldı

AFFA-nın dəstəyi, İFT-nın təşkilatçılığı ilə idman jurnalistləri arasında təşkil olunan "Media turniri-2"nin püşkü atılıb.

Newsport.az-ın məlumatına görə, AFFA-nın Futbol Akademiyasının iclas zalında baş tutan püşkatma mərasimində turnirdə iştirak edəcək 10 komandanın nümayəndələri qatılıb. Püşkatma zamanı ötən turnirdə ilk 4 yeri tutan "MX Yunayted", "İdman Azərbaycan", "İnternasional" və "CBC Sport" güclülər səbətində yer alıb. Ümumi qaydalarla tanışlıqdan sonra püşkatma baş tutub. 

A qrupu

1. MX Yunayted

2. İdman Azərbaycan

3. Gənclərbirliyi

4. Futbol +

5. XL Marafon

B qrupu

1. İnternasional

2. CBC Sport

3. Bakı

4. Armada

5. Prosport

Qeyd edək ki, qrup mərhələsinin sonunda ilk iki pilləni tutan komandalar yarımfinala vəsiqə qazanacaq. Turnir martın 5-dən etibarən start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right