Ceyhun Sultanov "Neftçi"nin üzvlərinə təqdim olundu

Neftçi” PFK Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşacağı “Zirə” klubu ilə oyunun hazırlığını davam etdirir.

Newsport.az saytının məlumatına görə, "ağ-qaralar" bu gün İsmət Qayıbov adına bazada məşq edib. Yağışlı hava şəraitində keçən məşqin əvvəlində klubun yeni idman direktoru Ceyhun Sultanov komandaya təqdim olunub. Sonda "Neftçi" PFK-nın prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov və idman direktoru Ceyhun Sultanov jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, "Neftçi" - "Zirə" oyunu fevralın 24-ü keçiriləcək. Matçın başlama saatı isə 18:00-dır.






Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right