"Sumqayıt"da istirahət başa çatdı

Azərbaycan Premyer Liqasının 16-cı turunda “Neftçi”ni məğlubiyyətə uğradan “Sumqayıt” 2 günlük istirahətin ardından məşqləri bərpa edib.

Newsport.az-ın məlumatına görə, komanda Samir Abasovun rəhbərliyi altında saat 11:00-da “Kapital Bank Arena”da məşqə çıxıb.

Məşqin ilk yarısını fitness zalında hazırlaşan futbolçular ikinci yarıda meydançada toplu çalışmalar ediblər. Bərpa prosesini tamamlayan Elnur Abdullayev artıq komandaya qoşulub. Bundan başqa əvəzedici heyətin bir neçə futbolçusu da hazırlıq prosesinə cəlb olunub.

Qeyd edək ki, “Keşlə” – “Sumqayıt” qarşılaşması 25 fevral tarixində keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right