Premyer Liqa və kubok oyunlarının vaxtı dəyişdi

Peşəkar Futbol Liqası (PFL) 2017/2018-ci illər mövsümünün təqvimində müəyyən dəyişikliklər edib.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa və Azərbaycan kubokunun təqvimindəki dəyişikliklərə milli komandamızın mart toplanışı və yoxlama görüşləri, həmçinin 11 aprel Prezident seçkiləri ilə əlaqədar olaraq

Çempionatın XIX turunun “Kəpəz” – “Qəbələ” və “Keşlə”- “Neftçi”  oyunları martın 9-da, “Səbail” – “Sumqayıt” və “Qarabağ” – “Zirə” matçları isə 10-da baş tutacaq. XX turun “Keşlə”- “Qəbələ” qarşılaşması martın 13-də, turun digər üç oyunu isə 14-də keçiriləcək.

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları aprelin 11-də deyil, 12-də oynanılacaq. Həmçinin, Premyer Liqanın XXIII turundakı “Zirə” – “Neftçi” görüşü aprelin 14-dən 15-nə keçirilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right