Faruk Miya: "Azərbaycana gəldiyim üçün çox xoşbəxtəm" Müsahibə

Bu gün Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində "Səbail" doğma meydanda "Qarabağ"ı qonaq edib. (0-1)  Newsport.az xəbər verir ki, oyundan sonra, ev sahiblərinin legioner futbolçusu Faruk Miya jurnalistlərin suallarını cavablandırıb.

Debüt matçında məğlub oldunuz?  Bu, sizə nə dərəcədə təsir etdi?

-İlk öncə onu bildirim ki, bu ölkəyə gəldiyim üçün çox xoşbəxtəm. Qarşılaşmaya gəlincə, çox çətin oyun oldu. Rəqib haqda məlumatım var idi. Bilirdim ki, çox güclü heyətləri var.  Məncə, hər şey bununla bitmir. Qarşıda matçlarımız çoxdur. Çalışacayıq ki, yaxşı oynayıb 3 xal əldə edək.

-Sizin də bir neçə real qol şanslarınız oldu. Necə düşünürsünüz, “Qarabağ”ın bugünki qələbəsi ədalətli idimi?

-Düzgün vurğulayırsınız. Bəzi epizodlar oldu ki, yaralana bilmədik.  Bəzən də bəxtimiz gətirmədi. Ümumi götürsək, heç də pis oynamadıq.

-Belçikanın “Standard Lyej” klubunda çoxlu azarkeşlər qarşısında oynamısınız. Bu gün isə, sizə dəstək az idi. Bu atmosiferi görəndə şoka düşmədiniz ?

-Təbii ki, “Standard”da stadion həmişə tam dolu olur. Bununla razıyam. Mənim üçün isə, bu, o qədər də önəmli deyil. Əsas olan, sənin meydana çıxıb özünü göstərməyindir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right