Qara Qarayev: "Əslində, bu, bizim üçün həyəcan təbilidir" Müsahibə

“Bizə qarşı rəqiblər xüsusi hazırlaşırlar. Hər oyunda çalışırlar bizdən xal alsınıar.  İstəyirdik ki, qələbə qazanıb,  xal fərqimizi artıraq, çox şadam ki, istəyimizə çatdıq. Düzdür, rəqiblər bizə qarşı xüsusi hazrlaşırlar, lakin bu,  bizə motivasiya verir.  Mənə elə gəlir ki, “Qarabağ” daha ağır çempionatda oynayır. Özünüz də görürsünüz ki, böyükhesablı qələbə qazanmaq daha çətin olub çempionatımızda. Buna baxmayaraq, ümid edirəm ki, irəlidə daha yaxşı nəticələr əldə edə biləcəyik”

Bu sözləri "Səbail" "Qarabağ" görüşündən sonra, "Qarabağ"ın futbolçusu Qara Qarayev Newsport.az-ın suallarını cavablandırarkən bildirib:

- İki oyundur sonradan daxil olursan meydana. Birinci oyunda da meydana çıxmamışdın. Bu nə ilə bağlıdır?

- Antalya toplanışından sonra, ayağımda ciddi ağrılar başladı. Bu yaxınlarda da həmin nahiyəmdən yox, başqa yerdən ağrı tutdu.Hamısı zədə ilə bağlıdır. Zədəm var idi deyə, baş məşqçi riskə getmək istəmirdi.

- Vurğuladın ki, meydana gec çıxmağın zədə ilə bağlı idi. Bu gün “Səbail” futbolçuları çox sərt oynayırdılar. Bu sizin üçün təhlükəli deyilmi?

-Əslində, bu, bizim üçün həyəcan təbilidir ki, başqa komandalar da bu tip oyun nümayiş etdirəcəklər. Lakin biz, çalışacayıq ki, hər kəslə nəticəyə oynayaq və qələbə qazanaq.

- Mahir Mədətov iki real qol imkanından yararlana bilmədi. Belə olan halda, Dino Ndlovunun yoxluğu gözə çarpırmı?

- Məncə, gedən oyunçu haqda fikir bildirsəm, komandama qarşı hörmətsizlik olar. Çünki, o, gedibsə,  demək  baş məşqçi belə məsləhət bilib.   Dinonun komanda da olmağı bizim üçün faydalı idi, lakin düşünmürəm ki, onun yoxluğu bizim üçün çətinlik yaradır.

- Çempionlar Liqasındakı oyunundan sonra, sənə hansısa təklif oldumu xarici klublardan?

- Bəzi təkliflər olmuşdu. Mən “Qarabağ”ı üstün tutdum. Çünki, təklif edən klublara baxdıqda, “Qarabağ” hər il ən azı, Avroliqada çıxış edir.  Düzdür, təkliflər çox azdır. Bilmirəm nədəndir. Bəlkə də çempionatımızın  8 komanda olmasından irəli gəlir,  lakin maraqlı və perspektivli təklif olsa, sözsüz ki, dəyərləndirməyi düşünürəm.

Mərdan HƏSƏNOV





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right