Samir Əliyev: “Qarabağ”la “Səbail” eyni səviyyəli komanda deyil"

“Uşaqlardan razıyam. Əzmkar oyunlarına görə onlara təşəkkür etdim”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Samir Əliyev deyib.

Bayıl təmsilçisi Azərbaycan Premyer Liqasının XVI turnda öz meydanında “Qarabağ”a məğlub olub.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çlışdırıcı fikirlərini bildirib: “Qarabağ”la “Səbail” eyni səviyyəli komanda deyil. Çalışdıq ki, layiqli mübarizə aparaq. Amma nə qədər yaxşı oynadığımızı deyə bilmərəm”.

- İkinci hissədə komandanız zəif çıxış etdi. Bunun səbəbi nədir?

- Mən əksini düşünürəm. İkinci hissədə daha yaxşı futbol sərgilədik. Rəqibi məcbur edirdik ki, müdafiədən oynasın.

- Komandalar arasında səviyyə fərqinin olduğunu dediniz. Ancaq “Qarabağ”la müqayisədə heç də az qol fürsətiniz olmadı.

- Komanda yenidi. Qış fasiləsində komandaya yeni futbolçular qoşulub. Onların komandaya uyğunlaşması üçün vaxt lazımdı. Ən azı 7-8 oyun lazımdı ki, onlar komandaya tam uyğunlaşsınlar. Həmin vaxtadək də çempionat bitəcək (gülür). Bu gün biz “Qarabağ”ın imkan verdiyi qədər oynadıq.

- Bu gün “Kəpəz” - “Keşlə” oyununda kimə azarkeşlik edirdiz?

- Düzü, mən həmin oyunda heç-heçə olmasını istəyirdim. Çünki bizi qarşıda “Qəbələ” ilə çətin oyunlar gözləyir. Həm “Keşlə”, həm də “Kəpəz” qış fasiləsində çox gücləniblər. Ancaq biz rəqiblərin yox, öz oyunumuza köklənirik.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right