Qurbanov: "Kubokun vaxtına, harda keçirilməsinə müdaxilə etmədim"

“Futbolçularımı təbrik edirəm. Vacib üç xal qazandıq”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasının XVI turunda səfərdə “Səbail”ə minimal hesabla qalib gəlib.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli çalışdırıcı fikirlərini bildirib: “Samir Əliyev yaxşı komanda formalaşdırıb, rəqib bizə çətinlik yarada bildi. Çox nadir hallarda bu cür tempdə oyun izləyirik”.

- Bir həftə öncə “Qəbələ” ilə qarşılaşdınız, indi isə “Səbail”lə. O matçla bu oyun arasında hansı fərqlər var?

- Hər oyunun öz özəllikləri var. “Qəbələ” ilə oyunda fərqli gərginlik vardı, indi fərqli. “Qəbələ” ilə oyunda narahat idik. Düşünürdük ki, istədiklərimiz alınmaya bilər. Bu gün isə fərqli oyun oldu. Düzü, oyundan həzz aldım, yaxşı mübarizə getdi.

- Miçeli zədələndiyi üçün əvəzlədiniz. Onun durumu necədir?

-Oyunun gedişində ağrıları çoxladı. Meydanda sərt oyun gedirdi. Hiss olunurdu ki, kimsə zədə alacaq. Durumuna gəlincə, hələ vəziyyətinin necə olduğunu bilmirik. Ümid edirik ki, növbəti oyunumuza tam hazır olacaq.

- Kubokun finalı mayın 28-də keçiriləcək. Bundan sonr isə millinin oyunu var. Ümumiyyətlə, PFL prezidenti Ramin Musayevlə görüşdə təqvim haqda müzakirə apardınız?

- Belə deyək, bizim aramızda kubokun müzakirəsi olmadı. Kubokun vaxtına, harda keçirilməsinə müdaxilə etmədim. Mən ancaq mart ayındakı proqramımızla bağlı məlumat verdim. Çalışdıq ki, mart ayındakı təqvim dəyişdirilsin. Həmin vaxt keçirəcəyimiz oyunları 1-2 gün önə çəkəcəyik. Digər oyunlar isə olduğu kimi qalacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right