“Qəbələ”də epidemiya

“Qəbələ” futbol klubunda qrip epidemiyası yayılıb.

Newsport.az-ın əldə etdiyi məlumta görə, komndanın futbolçuları arasında güclü qrip epidemiyası yayılıb. Hətta, “qırmızı-qaralar”ın bir neçə futbolçusu, xəstəlik üzündən,  çətin “Zirə” qarşılaşmasını buraxmalı olublar. Belə ki, bundan öncə xəbər verdiyimiz kimi, “qırmızı-qaralar”ın heyətində, oyunçulardan bəziləri və klub rəsmiləri Qəbələyə yollanmayıplar

 Vioslav Stankoviç, İlqar Qurbanov və “Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev  durumları ilə əlaqədar Qəbələyə gələ bilməyiblər.  Klubun meneceri Səbuhi Səfiyarlı  isə, oyunu izləmək üçün Qəbələyə gəlsə də, səhhətinin pisləşməsi üzündən stadiona  getməyib və həkimlər tərəfindən ona ilkin tibbi müayinə olunub. Oyundan sonra isə, klubun marketinq şöbəsinin müdürü,  Səməd Nəsibovun vəziyyəti pisləşdiyindən, komandanın həkimləri tərəfindən ambulator müayinəyə götürülüb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right