Cavid İmamverdiyev: "Prinsipiallıq ola bilməz" Müsahibə

“Belə düşünürəm ki, biz daha  istəkli idik. Bunun üçün də qələbə qazandıq. Əlimizə düşən imkanlardan daha yaxşı istifadə edə bildik. “Neftçi”dən xal almaq, bizim üçün böyük uğurdur”.

Newsport.az xəbər verir ki, bu sözləri “Sumqayıt” “Neftçi” görüşündən sonra, ev sahiblərinin futbolçusu Cavid İmamverdiyev jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Daha sonra keçmiş komandasında baş verən dəyişikliklər və sabiq klubuna qarşı nə hisslər keçirdiyi haqda danışan futbolçu bunları deyib:  “Prinsipiallıq ola bilməz. İstək isə hə, var idi. Çünki, oradan gəlmişəm və çalışdığım qədər, özümü yaxşı tərəfdən göstərmək istəyirdim. Ən əsas isə, öz komandamı fikirləşirdim ki, qələbə qazanaq və azarkeşlərimizi sevindirək. O ki, qaldı dəyişikliyə, Kamran müəllimi də təbrik edirəm. Yolu açıq olsun. Mən sadəcə, futbolçuyam və yalnız oyunuma baxıram.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right