Amil Yunanov: "Düzünü desəm, həmin epizoda bir az uzaq idim" Müsahibə

“Əsas məqsədimiz, iki qol vurduqdan sonra qol buraxmamaq idi, onu da bacardıq”

Newsport.az xəbər verir ki, bu sözləri “Sumqayıt” “Neftçi” örüşündən sonra, ev sahiblərinin hücumçusu Amil Yunanov jurnalistlərin suallarını cavablandırarkən bildirib.

-Komanda yoldaşın bildirdi ki, penalti epizodu səhv verilmiş qərar idi. Səncə, bu düzgün verilmiş bir qərar idi?

-Düzünü desəm, həmin epizoda nir az uzaq idim.  Onun üçün də dəqiq bir söz deyə bilmərəm.

-“Neftçi” ilə aranızdakı xal fərqi artdı.  Necə düşünürsən, arrtıq, rahat oynamaq olarmı?

-Yox, qətiyyən. Çünki komandalar  bir-birinə yaxın yerlərdə qərarlaşırlar. Bir neçə oyun uduzsaq gəlib bizə çatacaqlar.  Onun üçün də, daha yaxşı oynayıb, xal fərqini çoxaltmalıyıq.

-Yığma haqda fikirlərin maraqlıdı.

-Millidən dəvət gəlsə, hər  an gedib oynamağa hazıram.

-Qurban müəllim bu haqda sənə nəsə deyibmi?

Xeyr, heç bir söz deməyib.

-Artıq, qollarının sayını 6-ya çatdırdın. Birincilik üçün iddian varmı?

-Ələtdəki var. Əlimdən gələni edəcəm.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right