Rəşad Sadiqov: "Qıraqdan elə təhqiramiz söyüşlər söydü ki, ..." Müsahibə

Bu gün Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Sumqayıt” doğma meydabda “Neftçi”ni qəbul edib. (2-0)

Newsport.az xəbər verir ki, oyunsonrası jurnalistlərin suallarını cavablandıran qonaqların futbolçusu Rəşad Sadiqov bunları bildirib:

-Oyun çox çətin keçdi. Bunu etirfa edirəm.

-Görüşdən əvvəl prezident dəyişikliyi, nə dərəcədə təsir etdi oyununuza?

-Deməzdim, tam olaraq prezident dəyişikliyinə görə məğlub olduq. Biz, həmişə  necə hazırlaşırdıqsa, bu görüşə də həmin qayda da hazırlaşmışdıq. Futbolçuların işi, meydana çıxıb verilən taöşırıqları icra etməkdir.

-Qırmızı epizodu ilə bağlı nə deyə bilərsən?

-Azarkeş çox pis söyüş söydü. Məncə, bir azərbaycanlı vətandaşı bu hərəkəti etməməlidir. Qıraqdan elə təhqiramiz söyüşlər söydü ki, onu heç bir futbolçu qəbul etməz. Yaşdı bir kişi idi. Ona dedim ki, yaşından utan. Qayda pozuntusu olub, oyunçumuz da əl verib görüşüb. Məncə, söyüşə heç bir ehtiyac yox idi. Xüsusən də yaşdı adama yaraşmaz belə söyüşlər söymək.

-“Neftçi” yenə məğlub oldu.

-Yenə deyəndə, bir az pis çıxır. Bundan öncəki görüşdə qələbə qazanmışdıq. Aqressiya ilə yanaşmayaq da.

-4-cü yer üçün əsas rəqibiniz idi və məğlub oldunuz.

-Qarşıda “Sumqayıt”la çox oyunumuz var.  Xal itirmə ehtimalları onların da çoxdur. Hər şeyi gələcək göstərəcək ki, kim dördüncü yeri tutacaq. Biz əlimizdən gələni edirik ki, ən azı, Avroliqaya yollana bilək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right