"Biz özümüzü oyunqabağı alçalmış kimi hiss edirdik" - Samir Abbasov

Bu gün Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Sumqayıt” dogma meydanda “Neftçi”ni qəbul edib.

Newsport.az verir ki, oyunsonrası mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Samir Abbasov jurnalistlərin suallarını cavablandırıb.

- Həddən artıq həyəcanlı oyun idi. Müəyyən səbəblər, son olaylar daha aqressiv oyuna məcbur etdi. Bu gün özümüzü sübut etməyə çıxmışdıq. Sumqayıt şəhərini təmsil edirik, azərbaycanlı balalarından yığılmış komandayıq, bizimlə də hesablaşın. Uşaqlara demişdim ki, son oyun kimi çıxın, göstərin ki, nəyə qadirsiniz. İmkanım olsaydı, əsas heyətdə özüm çıxardım. Amma görünür ki, bu gün onlar məndən yaxşı çıxış etdilər. Hamısının alnından öpür, təşəkkürümü bildirirəm. Bu gün oyun barədə danışmaq düzgün deyil. Nə olmuşdusa, oyunadək baş vermişdi ki, bu da belə matça gətirib çıxardı.

- Baş hakimə qarşı aqressiyanız nədən qaynaqlanırdı?

- Səbəb oyundan əvvəl baş verənlər idi. Həmin epizodda topu vurdum. Hakimə dedim ki, belə etmə, onsuz da vəziyyətimiz yaxşı deyil. Referi məni kənarlaşdırmaqda haqlıdır. Mən isə düzgün olmayanı etdim və cəzamı aldım.

- Son olaylar səbəbindən özünüzü tərk edilmiş saymırsınız?

- Əslində bu vaxtadək bu barədə düşünürdüm. Bu vaxtadək də bir mən idim, bir də komanda.

- Sizə elə gəlmirdi ki, bu, qurulmuş bir ssenari idi ki, "Sumqayıt"ı avrokuboklardan kənarda qoysunlar?

- Bilmirsən ki, danışdıqlarımızı kimə ünvanlayaq? Azərbaycan deyirsinizsə, bu da Azərbaycan komandasıdır. Azərbaycanlı uşaqlardan yığılan kollektivdir. Rəqabət aparırıqsa, meydanda aparaq. "Neftçi"nin futbolçularına qarşı pis fikrim yoxdur. Çoxusu ilə birgə oynamışam, aramızda hörmət var. Klub prezidentimiz gedib, Allah işini avand etsin. Yenə kim gedəcəksə, işləri avand olsun.

- Siz olsaydınız, belə bir vəziyyətdə gedərsiniz?

-  Məni kimdir prezident seçən?

- Oyundan öncə klubun vitse-prezidenti ilə saatyarımlıq görüşünüz oldu. Klub rəsmisi nə dedi?

- Rəhbərlik narahat idi ki, ruh düşkünlüyü ola bilər. Sadəcə, söhbətdə məqsəd bizi sakitləşdirmək idi. Əslində özümüz artıq motivasiya olmuşduq. Doğrudan da döyüşdük.

- Bundan sonra klubdan yenə kiminsə gedəcəyi gözlənilir?

- Futbolçuları deyə bilmərəm, amma rəhbər işçilərdən kimlərsə gedə bilər. Kamran müəllimlə aramız istidir. Oyundan sonra da məni təbrik etdi. Biz özümüzü oyunqabağı alçalmış kimi hiss edirdik. Qoy, indi kimlərsə özlərini o cür hiss etsinlər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right