" O söyüş mənə də pis təsir etdi" - Tərlan Əhmədov

Bu gün Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Sumqayıt” dogma meydanda “Neftçi”ni qəbul edib.

Newsport.az verir ki, oyunsonrası mətbuat konfransında qonaqların baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suaalarını cavablandırıb.

-Oyuna yaxşı başlamışdıq. Lakin iki səhv oyunun taleyini həll etdi. 3 xal üçün gəlmişdik. Hər halda məğlub olduq. Məğlubiyyətin səbabkarı mənəm. Heç bir şey bitməyib və bu komanda öz sözünü deyəcək. 

- PFL prezidenti Ramin Musayev bu gün sizinlə bağlı növbəti açıqlama verib və cəzalandıracağını deyib. Bu məsələ haqda nə deyə bilərsiniz?
 
- Bu haqda çox söz-söhbət olub. Bu məsələlərə qayıtmaq istəmirəm. İnanın, mən oyuna iki gün qalmışdan mətbuatı oxumuram. Kim nə deyibsə, bu haqda danışmaq niyyətində deyiləm. Mənim işim meydançadadır və öz oyunumuz haqda danışmaq istəyirəm.
 
- Klubun prezidenti istefa verdi və Kamran Quliyev bu vəzifəyə təyin olundu. Rəhbər dəyişikliyi ilə bağlı nə deyə bilərsiniz?
 
- Komandanın idarə heyəti var və onların qərarına hörmətlə yanaşırıq. Əgər belə qərar verilibsə, bunu qəbul etməliyik.
 
- Kampasın sizə bir, sonradan başqa qiymətə təklif olunduğuna dair xəbərlər var. Bu, nə dərəcədə doğrudur?
 
- Mən heç bir menecer tanımıram. Öz bəyəndiyim, seçdiyim oyunçular olub. Amma heç biri gəlib mənə çatmayıb. Mən Kampasın cəmi bir oyununu görmüşəm. Ötən ilin dekabrında Antalyada canlı baxdıqdan sonra demişəm ki, gətirin. Mən hətta yerli futbolçuların nə qədər qazandıqlarını bilmirəm. Onun hansı məbləğə gəlməsindən xəbərsizəm.
 
- Kamran Quliyevlə nədən danışmısınız?
 
- Söhbətimiz olub. Amma mətbuatda nələr yazıldığından xəbərsizəm. Oyun günü mətbuatdan uzaq oluram. Kamran müəllimlə komandanın strategiyası barədə danışmışam.
 
- Belə oyunla nəyə ümid edirsiniz?
 
- Komandanın oyunu göründü ki, hər şey qaydasındadır. Məğlubiyyətin səbəbkarı mənəm.
 
- Rəşad Sadiqovun meydandan qovulmasını necə dəyərləndirirsiniz? Futbolçunun azarkeşə cavab qaytarması nə dərəcədə doğrudur?
 
- Hər bir azərbaycanlı qarşı tərəfə hörmətlə yanaşmalıdır. Kənarda elə söyüş söyürlərsə, biz xristian deyilik ki, sabahımızı söyüşlə açaq. O söyüş mənə də pis təsir etdi. Sadəcə, deyirəm ki, belə söyüş sizə yaraşmaz.
 
- Söyüşü söyən Ehtiram Şahverdiyevin atasıdır...

 
- Meydanda olan kənara çıxmamalıdır. Ağsaqqal insan o cür söyürsə, biz və polis göz yumacaqsa... Biz insanıq, azərbaycanlıyıq. Bizə belə şey yaraşmaz.
 
- Klubun yeni prezidenti Kamran Quliyevlə sizin aranızda münasibətin çox yaxşı səviyyədə olduğu deyilir. Dünənki söhbətdən davam, yoxsa tamam qənaətinə gəlmək olar?
 
- Nə olacaqsa, yaxın zamanlarda bilinəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right