"Ruslan Qurbanov bütün oyun boyu söyüş söyürdü" - Ayxan Abbasov

"Zirə"nin baş məşqçisi Ayxan Ababsov Azərbaycan premyer Liqasının XVI turunda bu gün "Qəbələ"yə səfərdə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.

 

Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, gənc mütəxəsssis öncə matçı dəyərləndirib. 

 

- Bir az hirsliyik, ona görə az danışacağam. Ağır oyun keçdi. Bu ilk növbədə qazonla bağlıdı. Biz süni örtüyə öyrəşmişik. Ancaq bu, səbəb deyil. Bu gün zəif oynadıq. Bəzi futbolçulardan narazı qaldım. Hələ oyunlar qabaqdadı. Bu məğlubiyyəti unudub "Neftçi"ylə matça hazırlaşacağıq.

 

- Hilsri olmağınız nəticəyə görədi, yoxsa oyundan sonra baş verənlərə?

- Biz uduzmağı bacarırıq. "Qəbələ"yə hörmət emtişik. Ancaq xoşagəlməz olaylar olur. Peşəkar futboldan danışırıqsa, belə şeylər olmamalaldı. Rəqib futbolçu Ruslan Qurbanov bütün oyunboyu söyüş söyürdü. "Qəbələ"nin futbolçularının yarısı paltardəyişə otağımızın yanında idi. 

 

- Yəni əsəbi olmağınız nəticədən daha çox buna görədi?

- Bizdə də əcnəbi futbolçulara var, onlara qarşı belə münasibət olmamalıdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right