"Qəbələ"dən Daun sindromlu azarkeşinə hədiyyə

"Qəbələ" xüsusi qayğısı olan uşaqlara növbəti dəfə diqqət göstərib.

Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, "qırmızı-qaralar"ın Daum sindromundan əziyyət çəkən yeniyetmə azarkeşi Rəhman Qədirliyə komandanın ağ rəngli "7 nömrə"li forması tədqim olunub.

Bu, Azərbaycan Premyer Liqansının XVI turunun açılış matçında - "Qəbələ" - "Zirə" oyunundan əvvəl baş verib. "Qəbələ" Media və Marketinq Departamentinin rəhbəri Səməd Nəsibovun müşayiəti ilə meydançaya çıxan uşağa formanı kapitan Cavid Hüseynov təqdim edib və onunla birgə xatirə fotosu çəkdirib





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right