“Sumqayıt”ın yeni prezidenti məlumdu

Kamran Quliyevin “Neftçi”nin prezidenti vəzifəsinə təyin olunmasından sonra vakant qalan “Sumqayıt”dakı analoji postun yeni sahibi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, “Gənclik şəhəri” təmsilçisinin yeni prezidenti Zaur Hacı-Məhərrəmov təyin ediləcək.

U-21 yığmasının kuratoru, habelə AFFA-nın texniki direktoru Bernhard Lippertin müavini işləyən Zaur bəyin yeni postuna təyinatı gələn həftənin ilk günlərində rəsmiləşəcəyi gözlənilir.

Sport24.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right