"Sumqayıt"la 23-cü duel

"Neftçi” bu gün Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində "Sumqayıt”la görüşəcək.

Newsport.az xəbər verir ki, "ağ-qaralar" "Gənclik şəhəri” təmsilçisi ilə indiyədək 22 çempionat oyununda qarşılaşıb ki, bunlardan 12-də qalib gəlib, 8-də məğlub olub. Cəmi 2 oyunda isə heç-heçə qeydə alınıb. Top fərqində isə "Neftçi” üstünlüyə malikdir. 37:26.

Cari mövsümün ilk hissəsindəki oyunlara gəlincə, hər iki görüşdə meydan sahibi qələbə qazanıb. "Kapital Bank Arena”da 1:0, "Bakcell Arena”da isə 2:1 hesabı qeydə alınıb. 

Qeyd edək ki, "Kapital Bank Arena”da keçiriləcək görüş, saat 18:30-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right