"Kəpəz" hazırlıqlarını tamamladı

Azərbaycan Premyer Liqasının 16-cı turunda “Keşlə”ni qəbul edəcək “Kəpəz” bu oyunun əsas hazırlığını başa vurub.

 

Newsport.az xəbər verir ki, həftəboyu Bakıda məşq edən komandanın oyun öncəsi son hazırlığı Gəncə şəhər stadionunda olacaq. Matçın keçiriləcəyi arenada keçiriləcək çalışma fevralın 17-də saat 17:00-da başlayacaq. Məşq prosesi azarkeşlər və mətbuat üçün açıq xarakter daşıyacaq.  

 

Qeyd edək ki, "Kəpəz" - "Keşlə" görüşü fevralın 18-i saat 15:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right