"Neftçi" Banişevskinin xatirəsinə həsr olunmuş turnirdə

"Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş turnir keçiriləcək.

Newsport.az  klubun saytına istinadən xəbər verir ki, "Neftçi” PFK 2005-2006-cı il təvəllüdlü futbolçular arasında təşkil olunacaq yarışda "Keşlə” və "Rəvan” ilə eyni qrupda mübarizə aparacaq.

6 komandadan ibarət turnirin digər qrupunda "Qarabağ”, "Vətən RİOEUGFM” və BİFM klubları yer alacaqlar. Fevralın 18-də keçiriləcək oyunlardan sonra qrupda 1-ci yeri tutanlar çempionluq uğrunda final matçında qarşılaşacaqlar.

Qrupda ikinci olanlar 3-cü, sonuncu yeri tutanlar isə 5-ci yer uğrunda oyuna çıxacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right