Azərbaycanlı futbolçu Çexiya çempionu ilə müqavilə imzaladı FOTO

Daha bir gənc və perspektivli azərbaycanlı futbolçunun ölkə xaricinə aparılması prosesi uğurla yekunlaşıb.

Bundan öncə Budaq Nəsirovun “Sportinq”, Fərid Nəbiyevin “Slaviya Praqa” klubuna keçidinə vasitəçilik edən FİFA meneceri Vaqif Heydərli “Qəbələ” Futbol Akademiyasının yetirməsi Rövlan Muradovun Avropaya yollanmasına müvəffəq olub. 

Newsport.az-ın məlumatına görə, Muradov icarə əsasında mövsümün sonunadək  Çexiyanın adlı-sanlı klubu “Slaviya Praqa”nın formasını geyinəcək. Gənc oyunçu artıq sözləşməyə qol çəkib.

Razılaşmaya əsasən 19 yaşlı yarımmüdafiəçi “Slaviya”nın U-21 komandasında forma geyinəcək. İcarə müddəti başa çatdıqdan sonra tərəflər yeni müqavilənin detallarını müzakirə edə bilərlər.

Futbolçu özünü yaxşı tərəfdən göstərsə, onunla 2 illik müqavilə imzalanacaq.

Futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right