Azərbaycan və Belarus millilərinin matçını idarə edəcək hakimlər müəyyənləşib

Azərbaycan və Belarus milliləri arasında keçiriləcək yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Newsport.az AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşmanın baş hakimi Andris Treimanis olacaq. Ona Haralds Gudermanis və Aleksejs Spasjonnikovs kömək edəcəklər. Hər üç FIFA referisi latviyalıdır.

Qeyd edək ki, martın 23-də Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right