"Kəpəz"in zədəli futbolçuları sağaldı

“Kəpəz”in əsas komandasının zədəli futbolçuları sağalıb.

Newsport.az-ın məlumatına görə, ötən tur “Neftçi” ilə oyunu buraxan Murad Səttarlı və bakılılara qarşı görüşdə əzələsi dartılan Dieqo Souza sıraya dönüb. Hər iki futbolçu fərdi hazırlıqdan sonra komanda ilə birgə məşqlərə qoşulub. Onların həftəsonu “Keşlə” ilə görüşdə meydana çıxması məşqçilər heyətinin qərarına bağlıdır.

Qeyd edək ki, "Kəpəz" - "Keşlə" oyunu fevralın 18-i keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right